Ov tüfəngi ilə ehtiyatsız davranan Şəki sakini özünü yaralayıb
- 02.02.2014, 19:42,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Şəki sakini ehtiyatsızlıqdan özünü güllələyib.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Aran kəndində qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Azər Tupik oğlu Məmmədov yaşadığı evin həyətində ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində atəş açılıb və güllə onun ayağına dəyib. Yaralı Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.