Türkiyəli prodüsser Kemal Cenk və azərbaycanlı model Minarənin toyu oldu
- 02.02.2014, 20:11,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Tanınmış prodüser Kamal Cenk İçtən və model Minarə Allahverdiyevanın toyu olub.
Live.az xəbər verir ki, şəhər restoranlarından birində baş tutan toy mərasiminə sənət aləminin tanınmış simaları qatılıb.
Əməkdar artist Elza Seyidcahan, Ədalət Şükürov, müğənni Emil Bədəlov, Pərvin Lətifov rejissor Kənan M.M, model Səbinə Allahverdiyeva və başqalarının iştirak etdiyi gecədə maraqlı anlar yaşanıb.
Qeyd edək ki, bu gün eyni zamanda Minarənin ad günüdür. Toyun əlamətdar gündə baş tutmasını Cenk İçtən özü istəyib.
Cütlük toy mərasimindən sonra Türkiyəyə köçüb, orada yaşayacaq.
Qeyd edək ki, bu, Minarə və Cenkin ikinci evliliyidir.