“Qəbələ” 2014-cü ilin ilk turunun qalibi olub
- 02.02.2014, 23:52,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Topaz Premyer Liqasında 2014-cü ilin ilk turu başa çatıb. Live.az-ın məlumatına görə, bu gün keçirilən 4 matçla III dövrənin açılış həftəsinə yekun vurulub.
XIX tur lider dəyişikliyi ilə nəticələnib. “Qarabağ”ın bir gün əvvəl uduzmasından izləyiciləri maksimum yararlanıb. “Qəbələ” səfərdə “Sumqayıt”ı 3 cavabsız qolla darmadağın edib. Bu qələbə Yuri Syominin yetirmələrini zirvəyə daşıyıb.
“Neftçi” daha güclü rəqibi – “Simurq”u eyni hesabla – 3 cavabsız qolla məğlub edib. “Neftçi” öz meydanında qazandığı 3 xalla ikinci pilləyə yüksəlib.
“Sumqayıt” kimi digər autsayder “Rəvan” da darmadağınla üzləşib. Paytaxt təmsilçisi “Bakı” önündə aşkar aciz qalıb. Paytaxtın eyniadlı təmsilçisi mövsümdə ikinci dəfə həmşəhərlilərinə 5 qol vurub.
Tura “İnter” və AZAL arasında paytaxt derbisi ilə yekun vurulub. “İnter” çətin qələbə qazanmaqla 4-cü pillədəki mövqeyini qoruya bilib.