Bakıda təcili tibbi yardım maşınları yolda köməksiz vəziyyətdə qalıb

Bakıda təcili tibbi yardım maşınları yolda köməksiz vəziyyətdə qalıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Abşeron rayonunda, Bakının Suraxanı və Sabunçu rayonlarında Təcili Tibbi Yardım Stansiyasının xidməti avtomobilləri hava şəraiti ilə əlaqədar köməksiz vəziyyətdə qalıb.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi texnika və vasitələrlə avtomobilləri təhlükəsiz əraziyə çıxararaq hərəkətini davam etdirməsini təmin edib, həmçinin avtomobil yollarının həmin hissələrini qardan təmizləyiblər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri