Azərbaycan ərazisində şaxtalı hava 3 gün davam edəcək
- 03.02.2014, 16:43,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabahdan etibarən ölkə ərazisində qarın tədricən kəsiləcəyi, yalnız bəzi ərazilərdə qısa müddətli zəif qarın yağması gözlənilir.
Lakin ölkə ərazisində şaxtalı hava şəraiti yaxın 3 gün müddətində davam edəcək.
Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
Onun sözlərinə görə, sabah Bakı və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil etsə də gün ərzində bəzi ərazilərdə qısa müddətli zəif qarın yağması ehtimal olunur. Günün ikinci yarısında cənub-qərb küləyi əsəcək. Şaxtalı hava şəraiti davam edəcək. Havanın temperaturu gecə 6-8 şaxta, səhər 3-5 şaxta, gündüz 0-2 şaxta, bəzi ərazilərdə 1 dərəcəyədək isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.
Fevralın 4-də Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Lakin Lənkəran-Astara zonasında qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun Mərkəzi Aran rayonlarında gecə 6-11 şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 15-20 dərəcə şaxta, 4-9 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Tibbi meteoroloji proqnoza gəlincə, fevralın 6-dək Abşeron yarımadasında soyuq və diskomfort şərait meteohəssas insanlar üçün əlverişsiz olsa da, havanın oksigenlə zəngin olması müsbət amildir.