Azərbaycanda mikroavtobus elektrovozla toqquşub, xəsarət alanlar var

Azərbaycanda mikroavtobusun elektrovoza çırpılması nəticəsində 3 nəfər xəsarət alıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 2-də saat 16 radələrində Masallı rayonu Balatəklə kəndinin ərazisində qorunmayan keçiddə rayon sakini Vüqar Əliyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobusu elektrovoza vurub.
 
Xəsarət alan V. Əliyevə və sərnişinləri - həmyerliləri Gülmirə Ağayeva və Rəna Əsgərovaya xəstəxanada ilkin tibbi yardım göstərilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri