Göyçayda minik maşını traktora çırpılıb, bir nəfər ağır xəsarət alıb
- 03.02.2014, 16:54,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Göyçay rayonunda ağır yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə bu gün saat 13:30 radələrində Göyçay-Bərgüşad yolunun 1-ci kilometrliyində, Cəyirli kəndi ərazisində qeydə alınıb.
Cəyirli kənd sakini, 1990-cı il təvəllüdlü Abışov Məhəmməd Paşa oğlunun idarə etdiyi 10 HM 700 dövlət nömrə nişanlı, “VAZ 21015” markalı minik maşını yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yolun kənarında dayanan traktora çırpılıb.
Hadisə nəticəsində M. Abışov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.