Azərbaycanlı cazmen İsfar Sarabski Kannda keçirilən MIDEM festivalında iştirak edib (FOTO)
- 04.02.2014, 00:27,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Heydər Əliyev Fondunun dəstəyi ilə gənc virtuoz ifaçı, 2009-cu il Montrö Beynəlxalq musiqi festivalının qalibi olmuş Əməkdar artist İsfar Sarabski Kannda keçirilən MIDEM Beynəlxalq festivalında iştirak edib. Trend-in məlumatına görə, bu barədə Heydər Əliyev Fondunun rəsmi saytı xəbər verir.
Azərbaycanlı cazmenin solo konserti şəhərin məşhur "Majestic Bariere" hotelinin "Diane" salonunda təşkil olunub.
İsfar Sarabski konsertdə P.Çaykovskinin, V.Mustafazadənin əsərləri ilə yanaşı, öz kompozisiyalarını da ifa edib.
Konsertdə Kann bələdiyyəsinin rəsmiləri, şəhər ictimaiyyətinin nümayəndələri, festival iştirakçıları və digər qonaqlar iştirak ediblər.
Konsert zamanı Heydər Əliyev Fondu tərəfindən çap olunmuş, klassik, muğam, caz və pop musiqi janrlarından bəhs edən kitablar və broşürlər, həmçinin gənc cazmenin diskləri tamaşaçılara təqdim olunub.