Azərbaycanın futbol klublarında idman direktorları fəaliyyətə başlayıb
- 04.02.2014, 00:29,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın futbol klublarında idman direktorları fəaliyyətə başlayıb.
Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, qurumun İcraiyyə Komitəsinin 2013-cü il dekabrın 18-də keçirilmiş iclasında qəbul olunmuş qərarlardan biri də Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktorunun təyin olunması idi. Artıq baş katiblik tərəfindən bu qərarın icrasına başlanılıb.
Fevralın 1-dən etibarən Daryl Willard (İngiltərə) "AZAL", Frank Bernhardt (Almaniya) "Sumqayıt" klubunda AFFA tərəfindən təyin olunan idman direktoru vəzifəsində fəaliyyətə başlayıblar. "Qəbələ" klubunda isə Stanley Brard (Hollandiya) idman direktoru kimi işini davam etdirir.
Digər klublarda idman direktorlarının martın 1-dək işə başlayacağı nəzərdə tutulub.
Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin qərarında bu və digər məsələlər konkret olaraq göstərilib: "Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunsun və onun məvacibi AFFA-nın hesabına ödənilsin. Klublarda bu istiqamətdə görülən işlərin AFFA tərəfindən monitorinqi aparılacaq və bunun nəticəsinə əsasən klublara vəsait ayrılacaq".