Azərbaycan Premyer Liqasında ilk 3 yerin sahibinə verilən pul mükafatı ləğv olunub
- 14.05.2013, 15:08,
- Idman / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk 3 yerin sahiblərinə verilən pul mükafatı ləğv olunub. Cari mövsümdən etibarən yüksək liqada qalib və mükafatçılara Peşəkar Futbol Liqası (PFL) yalnız qızıl, gümüş və bürünc medallar təqdim edəcək. Bu barədə Trend-ə PFL-dən məlumat verilib.
Xatırladaq ki, ötən mövsümədək çempion 150 min, vitse-çempion 100 min, 3-cü yerin sahibi isə 70 min manata da sahib olurdu.
Bu il isə yalnız Azərbaycan kubokunun qalibi yenə 100 min manat, finalçı isə 50 min manat mükafatını alacaq.
Qeyd edək ki, Topaz Premyer Liqasının qalibi yalnız bir halda pul mükafatına sahib olacaq. 2013-cü ildən bərpası nəzərdə tutulan Superkubok matçında çempion ölkə kubokunun qalib və ya finalçısını yensə, 100 min manat, yenilsə 50 min manat qazanacaq.