Bakıda ötən gecə baş verən yol qəzası nəticəsində sürücü maşında diri-diri yanıb
- 04.02.2014, 10:59,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən sutka ərzində (dünən səhər 09:00-dan bu gün saat 09:00-dək) Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 1675 müraciət daxil olub.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında bildirib ki, müraciətlər müxtəlif hadisələrlə bağlı olub.
Onun sözlərinə görə, dəm qazı zəhərlənməsi ilə bağlı stansiyaya 13 nəfər müraciət edib, onlardan 11 nəfəri xəstəxanaya yerləşdirilib: “Ötən gün yol-nəqliyyat hadisələrinin sayı azalıb. Gün ərzində 4 yol-nəqliyyat hadisəsi baş verib ki, onun da 1-i maşın vurma, 3-ü avtoqəza olub. Hadisələr nəticəsində ümumilikdə 5 nəfər zərər çəkib”.
Onun sözlərinə görə, ən ağır hadisə isə bu gecə 3-4 radələrində Buzovna qəsəbəsində baş verib. İki maşının toqquşması nəticəsində avtomobillərdən 1-i yanıb və nəticədə tam yanmış naməlum kişi meyiti polisə təhvil verilib. Digər avtomobilin sürücüsü isə xəstəxanaya yerləşdirilib”.