Bakıda gecə klubunda iki nəfər döyülüb
- 04.02.2014, 11:01,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda gecə klubunda iki nəfər döyülüb. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gecə saat 04 radələrində, Lermontov küçəsi-121 ünvanında yerləşən “Reqal” gecə klubunda qeydə alınıb.
Bakı şəhər sakinləri, 1990-cı il təvəllüdlü Vaqif Arif oğlu Xancanov və 1988-ci il təvəllüdlü Darya Konstantin qızı Şahmarova Sərxan adlı şəxs tərəfindən döyülüblər.
Hazırda hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparılır.