Tovuzda yaşayış evində partlayış baş verib

Tovuz şəhərində güclü partlayış baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında, Natiq Əsgərov küçəsi, ev-12-də Kamil Cəfərova məxsus mənzildə baş verib. Partlayışın dalğası o qədər güclü olub ki, iki mərtəbəli yaşayış binasının bir tərəfi tamamilə çöküb. Hadisə zamanı xəsarət alan olmayıb.

Ev sahibi Kamil Cəfərov bildirib ki, evin ikinci mərtəbəsinə qaz sızıb və soyuducuda yaranan qısaqapanma nəticəsində partlayış baş verib. Anidən baş verən partlayış qonşularda da hiss olunub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri