Fövqəladə Hallar Nazirliyi: Azərbaycanda beton istehsalı üzrə milli standartların qəbulu vacibdir
- 14.05.2013, 15:11,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda beton və onun komponentlərinin istehsalı və tətbiqi üzrə milli standartların qəbul edilməsinə ehtiyac var. Trend-in məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Ekspertiza İdarəsinin müdiri Lətif Zeynalov Bakıda "Müasir tikintidə dəmir-beton konstruksiyaların yeri" mövzusunda keçirilən III Beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda beton və dəmir-beton konstruksiyalarının tətbiqi sahəsində bəzi problem və tapşırıqlar var.
Zeynalov deyib: "İlk növbədə, kadr çatışmazlığı mövcuddur. Biz bu sahədə Avropa, ABŞ, Yaponiyanın təcrübəsini öyrənməliyik. Azərbaycan dilində texniki sənədləşdirmənı yaratmaq lazımdır. Bunun üçün kadrlara ehtiyac duyulur. İkinci tapşırıq ölkəyə müasir texnologiyaların cəlb edilməsidir. Lakin bu proses düşünülmüş və məqsədyönlü olmalıdır. Üçüncüsü isə elmi-araşdırma mərkəzinin yaradılmasından ibarətdir".
Onun sözlərinə görə, hazırda keyfiyyətli betonun daha qənaətlə istifadəsinə diqqəti artırmaq lazımdır ki, buna da hesablamaların yaxşılaşdırılması yolu ilə nail olmaq mümkündür. Onun zənnincə, həmçinin yüngül betonun (keramzit) daha geniş tətbiqini tapmaq lazımdır ki, bu da xərcləri və seysmik riskləri azaldacaq.
"BASF Caspian Yapi Kimyasallari Sanayi LLC" zavodunun təşkil etdiyi tədbir Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr edilib.