Türkiyədə yaşayıb fəaliyyət göztərən Günel Zeynalovanın həbs olunması barədə sənətçinin atası ans-ə açıqlama verib. Rəhman Zeynalov bildirib ki, bu cür söz-söhbətlərin əsası yoxdur.
“Həbs nədir axı, səhər-səhər yatmışıq, hər kəs zəng vurub bizi axtarır. Kim bu xəbərləri çıxardır - xəbərimiz yoxdur, qardaşım səhər tezdən bizə xəbər verib ki, belə bir söz-söhbət yayılıb. İki gündür Bakıdan qayıtmışıq, albom hazırlığı ilə məşğuluq", - deyə Günelin atası bildirib.
Rəhman Zeynalov qeyd edib ki, Türkiyə mətbuatında yazıldığı kimi məhkəmə belə olmayıb. Bunlar hamısı 5 il əvvəl baş verən söhbətlərdir: ”Bu, 5 il bundan qabaq gedən məsələdir, o vaxt bizə şər atmışdılar. Rza hara, biz hara, hamısı boş söhbətlərdir. O vaxt Günel Rza Zərrabın sürücüsünə demişdi ki, "get patronuna de, məndən əl çəksin, yoxsa başına limon sıxaram" (gülür). Onu da o mənada deyib ki, yəni turşuyarsan, məndən uzaq gəz”.
Atası bildirib ki, Günel gələn həftə türk müğənni Gülbən Ərgənin proqramının qonağı olacaq və ona hazırlaşılr.
“Mən özüm Türkiyə mediası ilə əlaqə saxlayıb məsələni araşdıracam, nəyə görə bunu yazıblar".
Xatırladaq ki, gecə Türkiyə mətbuatında Günel Zeynalovanın eks sevgilisi Rza Zərrabı “başından güllələyərəm” sözlərini deyərək ölümlə hədələdiyi iddiasına görə mühakimə olunduğu xəbəri yayılıb.
Məlumatda müğənniyə 6 ay azadlıqdan məhrumetmə cəzası verildiyi deyilirdi.
____________
Azəri qızı Günelin keçmiş sevgilisi Zərrab tərəfindən məhkəməyə verilməsinə atası Rəhman Zeynalov münasibət bildirib.
“Qafqazinfo”ya açıqlamasında müğənninin atası yayılan məlumatların əsassız olduğunu bildirib:
“Günelin məhkəməyə verilməsini kim yazıbsa, yalandan yazıb. Elə bir hadisə baş verməyib. Bizim məhkəmədən xəbərimiz yoxdur”.
Qeyd edək ki, Türkiyə mətbuatı Günel Zeynalovanın eks-sevgilisi Rza Zərrabı “başından güllələyərəm” deyərək hədələdiyi iddiası ilə 6 ay azadlıqdan məhrum etmə cəzası verildiyini, lakin müğənninin yenidən eyni cinayəti işləməyəcəyi qənaəti ilə qərarın icrasının təxirə salındığını yazıb.
Məlumatı dəqiqləşdirmək üçün Lent.az-ın əməkdaşı hazırda Türkiyədə olan Azəri Günellə əlaqə saxlayıb. O isə yazılanların yalan olduğunu deyib: "Bunu kim yazıb? Məlumat haradandır? Heç mənim bu işdən xəbərim də yoxdur. Mən hazırda evdəyəm".
________
10:58
Bu dəfə 6 aylıq həbs qərarı qəbul edilib
Günel Zeynalova eks sevgilisi Rza Zərrabı “başından güllələyərəm” sözlərini deyərək ölümlə hədələdiyi iddiasına görə mühakimə olunub.
“Qafqazinfo” Haberturk-ə istinadən xəbər verir ki, müğənniyə 6 ay azadlıqdan məhrum etmə cəzası verilib. Hakim Günelin hədə-qorxu gəldiyinə görə 6 ay azadlıqdan məhrum edilməsinə qərar verilib. Lakin müğənninin yenidən eyni cinayəti işləməyəcəyi qənaəti ilə qərarın icrasının təxirə salınmasına qərar verib.
Qeyd edək ki, Günel daha öncə Zərrab ilə aralarında keçən telefon danışıqlarıı razılığı olmadan ifşa etdiyi səbəbilə “Xəbərləşmənin gizliliyini pozmaq” cinayətindən də 9 ay müddətinə həbs cəzasına məhkum edilmiş və bu qərarın da icrası təxirə salınmışdı.