Suriyada daha üç azərbaycanlı döyüşçü öldürülüb
- 05.02.2014, 13:39,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Suriyada daha üç Azərbaycan vətəndaşı öldürülüb.
APA-nın xəbərinə görə, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.
Məlumata görə, “Əl-Nüsra Cəbhəsi” sıralarında Bəşər Əsədə qarşı vuruşan daha üç azərbaycanlı hökumət qüvvələri tərəfindən öldürülüb.
Mücahidlər həmin şəxslərin fotolarını da yayıblar.
Öldürülən azərbaycanlılardan ikisinin kimliyi açıqlanmasa da, digərinin adının Urfan olduğu bildirilir. Məlumata görə, Urfanın daha bir qardaşı isə bir neçə il əvvəl Əfqanıstanda öldürülüb.
Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.