Azərbaycan prezidentinin sədrliyi ilə “Regionların 2009-2013-cü illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunmuş konfrans keçirilir

Azərbaycan prezidentinin sədrliyi ilə “Regionların 2009-2013-cü illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunmuş konfrans keçirilir Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr edilmiş konfrans başlayıb.

APA-nın məlumatına görə, konfransa Azərbaycan prezidenti İlham Əliyev sədrlik edir.

Konfransdan əvvəl dövlət başçısı mərkəzdə respublikanın sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işləri əks etdirən sərgi ilə tanış olub.

Prezident İlham Əliyev konfransda giriş nitqi söyləyib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri