Leoardo Di Kaprionun yeni filminin Bakıda premyerası keçib

Leoardo Di Kaprionun yeni filminin Bakıda premyerası keçib Park Cinema kinoteatrlar şəbəkəsi Leonardo Di Kaprionun baş rolda çəkildiyi “Uoll-Strit canavarı” filminin premyeradan öncə baxışını təşkil edib.


Jurnalistlər üçün nəzərdə tutulan seans böyük maraqla qarşılanıb.


“Uoll-Strit canavarı” filmini bu qışda proakata çıxan filmlər arasında ən qalmaqallı adlandırmaq olar.


100 milyon dollara başa gələn film 180 dəqiqə davam edir. Maraqlısı odur ki, filmin rejissor versiyası düz 4 saat təşkil edib.


Film 5 Oskar mükafatında namizəddir.


Yeni filmin ilk nümayişi fevralın 4-də MetroPark-da yerləşən Parkcinema kinoteatrında baş tutub.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri