Türkiyəli aktyor Tolqa Karel model Günay Musayeva ilə boşanmaqları haqda danışıb
- 05.02.2014, 16:31,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin tanınmış aktyoru Tolqa Karellə evli olan azərbaycanlı model Günay Musayeva boşanmağa qərar veriblər.
Live.az xəbərinə görə, ANS türk mətbuatına istinadən xəbər verir ki, cütlük bu məqsədlə məhkəməyə müraciət edib.
Məlumata görə, cütlüyün boşanmaq üçün ilk məhkəmə prosesi fevralın 14-də Çorlu məhkəməsində baş tutacaq.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor Musayeva ilə xoşbəxt olduğunu və boşanmadıqlarını açıqlayıb:
“Bizi üç ildə otuz dəfə boşadılar, bu cür xəbərlərə öyrəşmişik və bu haqda danışmaq istəmirik. Çox xoşbəxtik və evliliyimiz davam edir. Fevralın 14-də boşanmağımız haqda çıxan xəbərlər gülməlidir”.
Qeyd edək ki, analoji xəbər daha əvvəl də Türkiyə mətbuatında yayılmış, cütlük bu xəbərləri sosial şəbəkələrdə kəskin şəkildə təkzib etmişdi.
Xatırladaq ki, 2011-ci ildə ailə həyatı quran cütlüyün Cihangir adlı bir oğlu var.