ABŞ-da güclü qar səbəbindən 3 minə yaxın aviareys ləğv olunub
- 06.02.2014, 08:35,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-ın şimal-şərqində güclü qar səbəbindən ölkədə 2,7 minə yaxın aviareys ləğv olunub, 1 milyondan çox şəxs elektrik enerjisiz qalıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ telekanalları xəbər yayıb.
Qarlı-şaxtalı hava daha çox Nyu Cersidə "Newark Liberty International" və Bostonda "Logan International" hava limanlarının işinə təsir edib.
Federal Mülki Aviasiya İdarəsi Çikaqo, Filadelfiya və Şarlotta şəhərlərinin aeroportlarında xeyli sayda aviareysin gecikdiyini qeyd edir.
CNN-in məlumatına görə, Pensilvaniya, Nyu Cersi və Merilend ştatlarında 1 milyondan çox istehlakçı işıqsız qalıb.
Nyu York ştatının qubernatoru Endryu Kuomo fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu bəyan edib.
Ölkənin mərkəzi hissəsində yerləşən Kanzas ştatında əlverişsiz hava şəraiti ilə əlaqədar 3 nəfərin öldüyü bildirilir.