Azərbaycanda ilk dəfə zəlzələləri əvvəlcədən qeyd edən səyyar stansiya istifadəyə verilib
- 14.05.2013, 15:23,
- Cəmiyyət / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda Milli Elmlər Akademiyası Kibernetika İnstitutunun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə birgə layihəsi çərçivəsində zəlzələlərin ilkin hazırlıq dövrünün, yəni anomal seysmik proseslərin (ASP) başlanmasını aşkar etməyə və onun monitorinqini həyata keçirməyə imkan verən ilk səyyar stansiya quraşdırılıb. Bunu Trend-ə İnstitutun direktoru Telman Əliyev bildirib.
Onun sözlərinə görə, Balaxanı Neftqazçıxarma İdarəsinin istismarı dayandırılmış, dərinliyi 213 metr olan 127 nömrəli neft quyusu üzərində sınaq məqsədilə ilk səyyar stansiya quraşdırılıb. Stansiya istifadəyə verildiyi 3 gün ərzində bütün anomal seysmik prosesləri zəlzələdən xeyli qabaq qeyd edib.
Bu stansiyanın işinin çox effektiv olduğunu deyən Əliyev bildirib ki, daha bir səyyar stansiyanın Ağstafa-Qazax zonasında, birinin də Xaçmaz rayonunun Yalama qəsəbəsində quraşdırılması nəzərdə tutulur.
Bu stansiya vasitəsilə dayaz neft quyularında da anomal seysmik proseslərin başlanmasının yoxlanılmasının mümkün olub-olmadığı öyrəniləcək: "Dərin quyular üzərində quraşdırılmış stansiyalar çox baha - 25-30 milyon dollara başa gəlir. Dərin quyuların quraşdırılması yalnız neft olan ölkələrdə mümkün olur. Ancaq dayaz quyuları 150-300 metrlik quyular üzərində də quraşdırmaq olur. Bu, uçuz başa gəlir".
Əliyev bildirib ki, dayaz quyular dünya ölkələrinin çoxunda olduğu üçün belə stansiyaları quraşdırmaq olar.