Böyük Səhnə layihəsinin iştirakçıları ilk şouya hazırlaşırlar
- 06.02.2014, 19:55,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Qalibi Azərbaycanı 2014-cü ilin Eurovision mahnı müsabiqəsində təmsil edəcək olan Böyük Səhnə beynəlxalq vokal şousunun əsas kastinqlərinin yekunlaşmasından üç həftə keçir.
Jüri tərəfindən seçilən 14 iştirakçı hazırda xüsusi məşq düşərgəsindədirlər və artıq dostlaşmağa da belə vaxt tapıblar. Onlar böyük səylə ilk şouya hazırlaşırlar. Birinci şou bu bazar İTV telekanalının axşam efirində baş tutacaq (saat 22:00).
Live.az müsabiqənin saytına istinadən xəbər verir ki, bugünə kimi məşq düşərgəsinin məkanında iştrakçılar arasında daha yaxşı necə oxumalı, özünü necə təqdim etməli mövzusunda mübahisələr səngimək bilmir. Bütün bu diskusiyalar, məşqlər, çay dəstgahlar hərdən yuxuya getmələrlə yarıda kəsilir, amma biz əminik ki, həmin yuxular belə rəqs quruluşları barədədir J.
Səs və xoreorafiya məşqləri ilə yanaşı iştirakçılar həm də bir həftədən bir aya (finala keçəcək bəxti gətirənlər üçün) qədər davam edə biləcək yeni şəraitə və kollektivə adaptasiya olunmaqdadırlar. İlk gün iştirakçılarla tanışlıq üçün xüsusi psixoloji oyunlar keçirildi. Əsl istedadlara xas olduğu kimi Böyük Səhnə ulduzlarının da öz təkrarolunmaz məşğuliyyətləri, qabiliyyətləri və hətta “dolablarda skeletləri” olan hədsiz maraqlı və çoxtərəfli şəxsiyyətlər olduğu aşkar edildi. Böyük Səhnənin İTV-dəki bazar günü konsertinin tamaşaçıları iştirakçılar barədə şounun redaktorlarının araşdırıb, öyrənib kameraya köçürməyə müvəffəq olduqları sirləri və ən isti məlumatları ilk öyrənənlər olacaqlar.
Və, əlbəttə, böyük səhnədə beynəlxalq uğura aparan yol maneələrsiz mümkün deyil. Bütün iştirakçılar üçün ilk ciddi maneə... qış oldu. Qarın bolluğu və görünməmiş aşağı temperaturlar müğənnilərin əsas “silahına” - səs tellərinə dərhal öz təsirini göstərdi. İştirakçıların bir çoxuna vokal üzrə mütəxəssilərlə, foniatorlarla konsultasiya və ya onların köməyi lazım gəldi. İştirakçılardan birini hətta tibb məntəqəsinə aparmaq belə vacib oldu. Xoşbəxtlikdən hazırda qələbəyə namizədlərin hər biri özlərini yaxşı hiss edirlər və onların səsləri üçün təhlükə yoxdur. Onlar məşq düşərgəsindədirlər və nadir hallarda hətta qışın üstünlüklərindən ləzzət almağa – qarla oynamağa, fiqurlar hazırlamağa, “qar mələkləri” düzəltməyə da vaxt tapırlar.
İTV telekanalının efirində saat 22:00-da ilk şounu qaçırmayın.
Böyük Səhnə şousunun qalibi ölkəni 6-10 may tarixlərində Danimarkanın Kopenhagen şəhərində keçiriləcək olan Eurovision 2014 mahnı müsabiqəsində təmsil edəcək.