Yol kənarlarında xidmət obyektləri istisna olmaqla digər tikintilərin aparılması qadağan olunacaq
- 14.05.2013, 15:26,
- Iqtisadiyyat / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Yol kənarlarında yolkənarı xidmət obyektləri istisna olmaqla digər tikintilərin aparılması qadağan olunacaq.
Trend-in məlumatına görə, bu barədə Milli Məclisin plenar iclasında "Avtomobil yolları haqqında" qanuna edilən dəyişiklikdə nəzərdə tutulub.
"Avtomobil yolları haqqında" qanunun 15-1 (Avtomobil yollarının qoruma zolaqları) maddəsinə ediləcək dəyişikliyə əsasən, istifadədə olan avtomobil yollarının qoruma zolaqlarında yol tikintisi, saxlanması, təmiri, yenidən qurulması və yol hərəkətinə, sərnişin və yükdaşımaları sahəsində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyəti ilə əlaqədar olan tikili və qurğular, habelə yolkənarı xidmət obyektləri istisna edilməklə, digər tikililərin yerləşdirilməsi qadağandır. Bu işlər aparılarkən mühafizə zolaqlarının hüdudlarında yerləşən giriş-çıxış və birləşmə yollarının, habelə digər obyektlərin tikintisi, təmiri, saxlanması ilə bağlı bütün xərclər həmin obyektlərin sahibləri tərəfindən çəkiləcək.