Sumqayıt sakini üç dayısını diri-diri yandırıb, hadisəni törədən şəxs həbs edilib
- 07.02.2014, 16:02,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
![Sumqayıt sakini üç dayısını diri-diri yandırıb, hadisəni törədən şəxs həbs edilib Sumqayıt sakini üç dayısını diri-diri yandırıb, hadisəni törədən şəxs həbs edilib](http://www.news.life.az/uploads/posts/2014-02/1391774219_yangin01.jpg)
Sumqayıtda üç dayısını yandıraraq öldürən şəxs həbs edilib. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.
Məlumata görə, hadisə baş verən zaman hadisəni törədən və ölən şəxslər sərxoş olublar. Onlar bir yerdə yeyib içdikdən sonra aralarında mübahisə düşüb.
23 yaşlı Ə. Abbasov da dayılarının sərxoş olmasından istifadə edərək onların olduğu otaqdakı yorğan-döşəyə od vurub və otağın qapısını bağlayıb. Nəticədə hər üç şəxs tüstüdən boğularaq ölüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.