Ərdoğan: Türkiyə azərbaycanlıların faciəsinə laqeyd qala bilməz
- 14.05.2013, 15:27,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə Dağlıq Qarabağ münaqişəsinə və azərbaycanlıların faciəsinə laqeyd qala bilməz. Trend-in çərşənbə axşamı"TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) həftəlik yığıncağında çıxış edərkən deyib:
"Əgər vaxtilə azərbaycanlıların taleyinə və Dağlıq Qarabağ probleminə laqeyd qalsaydıq, hazırda Bakı ilə belə səmimi münasibətlərimiz olmazdı".
Baş nazirin sözlərinə görə, Türkiyə Fələstin, İraq kürdləri, Suriya və ya digər xalq olmasından asılı olmayaraq, dinc əhaliyə qarşı törədilən zorakılıqlar qarşısında susa bilməz.