Nazir: «Azerispace» bu ildən kreditləri özü ödəyəcək»
- 08.02.2014, 13:02,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın «Azerspace-1» ilk süni telekommunikasiya peyki bu ildən başlayaraq alınan kreditləri özü ödəyəcək.
APA-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.
Onun sözlərinə görə, ötən il «Azerspace-1» üç ay gec fəaliyyətə başlayıb: «Bu da orbitə çıxarılma ilə bağlı olub. Altı ay ərzində təxminən 10 mln. ABŞ dolları gəlir əldə edib. Bunun da 95%-i ixrac edilən resursların payına düşür».
Nazir deyib ki, peykin ABŞ «Eximbank»ına 17 mln. dollar borcu olub: «Azərbaycan Maliyyə Nazirliyinin 7 mln. dollar köməyi ilə və 10 mln. dollar öz qazancları hesabına ötən ilin borcları ödənilib: «Artıq bu ildən başlayaraq «Azerispace» kreditləri özü bağlaya biləcək».