Bakıda yeniyetmə uçan evin altında qaldı

Bakıda uçan evin altında qalan uşaq xilas edilib.


ANS-in verdiyi məlumata görə, dağıntılar altında qalan 1997-ci il təvəllüdlü Elton Həsənov xilas olunub.


Xilasedicilər onu evin uçmuş tavanı altından çıxarıblar.


Ev isə tamamilə yaşayış üçün yararsız vəziyyət düşüb. Evin sakinləri ordan köçürülüb.


Qeyd edək ki, həmin ərazidəki qonşu evlərə də baxış keçirilib. Həmin evlər də yaşayış üçün təhlükəli hesab olunur. Bu barədə sakinlərə xəbərdarlıq edilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri