Gəncədə ər arvadını bıçaqlayıb
- 08.02.2014, 16:40,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gəncə şəhərində ailə münaqişəsi zəmində bıçaqlanma hadisəsi baş verib.
Gəncə Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1974-cü il təvəllüdlü Musayeva Nailə Adilxan qızı qarın və qolların kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən qadının vəziyyətinin orta ağır olduğu bildirilir. Gəncə şəhər Nizami rayon Polis İdarəsindən bildiriblər ki, 40 yaşlı qadını onun həyat yoldaşı, 1971-ci il təvəllüdlü Kamran Quliyevin bıçaqladığı məlum olub. Hadisənin ailə münaqişəsi zəmində baş verdiyi bildirilir.
Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.