Əməkdar artist Zöhrə Abdullayeva ilə muğam ifaçısı Mətanət Əsədova arasındakı qalmaqal səngimək bilmir.
Mətanətin “Bacım öləndə bəzi həmkarlarım qonaqlıq verib” sözlərinə Zöhrə Abdullayevadan cavab gəlib. ATV telekanalında yayımlanan “Gün keçir” verilişinə qonaq olan əməkdar artist bu sözlərin ona ünvanlandığını bildirib:
“Deyib ki, yaxınımı itirəndə bəziləri qonaqlıq verib. O sözü mənim adımı çəkərək deyib. Axı sən kimsən ki? Get abrını ört də... Onun böyük bacısına zəng edib başsağlığı verdim. Bacısını, bir narkomanı necə ucaltdılar. Ona adam deməyə dilim gəlmir, şüursuz məxluqdur. Ölümə sevinməzlər, hamı o atı minəcək. Özünün sənəti, səsi yoxdur. Böyük bacısı yaxşı oxuyandır. Günah məndədir, sən heç kim idin, özümə qoşub adam etmək istədim”.
Qeyd edək ki, Zöhrə Abdullayeva və Mətanət Əsədova arasındakı qalmaqal uzun illərdir davam edir.