Tovuzda yol qəzası olub, xəsarət alanlar var
- 08.02.2014, 19:28,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Tovuzda iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Tovuz sakini Bayram Mövludov idarə etdiyi "VAZ 21011" markalı avtomobillə Çatax kəndindən rayon mərkəzinə gedərkən Azaflı kəndi ərazisində qəza törədib.
Qəza zamanı sürücü və onun sərnişini - 40 yaşlı Sahib Bədəlov Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Hadisəyə ilkin səbəb kimi sürücünün sürət həddini aşması göstərilir.