Bakı-Qusar yolunda baş vermiş qəzada bir nəfər ölüb, biri isə yaralanıb

Bakı-Qusar yolunda baş vermiş qəzada bir nəfər ölüb, biri isə yaralanıb Dünən axşam saat 19 radələrində Bakı-Qusar yolunda ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

Live.az-ın APA-ya istinadän xəbərinə görə, Qusar şəhəri ərazisində 90-NF-003 nömrə nişanlı “Maserati” markalı avtomobilin aşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.

Məlumata görə, maşının sürücüsü, Bakı şəhər sakini 20 yaşlı Fərid Nazim oğlu Dadaşov hadisə yerindəcə dünyasını dəyişib.

Maşındakı digər sərnişin, 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Emin Oqtay oğlu Məmmədli isə ağır bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına çatdırlıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri