Ağstafada baş verən qəzada ər və arvad ölüb
- 10.02.2014, 10:10,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ağstafada ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.
Ağstafa Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Ağstafa rayon mərkəzində baş verib.
Rayonun Dağ Kəsəmən kənd sakini, 36 yaşlı Kamil Əliyev idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən yolun kənarında dayanmış yük avtomobilinə çırpıb.
Hadisə nəticəsində sürücü K. Əliyev və onun həyat yoldaşı Mənzərə Əliyeva hadisə yerində dünyalarını dəyişiblər.
Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.