Gəncədə iki qadın bıçaqlanıb
- 10.02.2014, 10:14,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, naməlum şəxslər şəhərin Atatürk prospekti, bina 265, mənzil 30 ünvanının qarşısında 33 yaşlı Mehdiyeva Şəmsiyyənura 20, onun anasına isə 5 bıçaq zərbəsi endiriblər.
Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
Ağır bədən xəsarəti alan 33 yaşlı qadın cərahiyə əməliyyatı olduqdan sonra reanimasiya, onun anası 58 yaşlı Kəmalə Mehdiyeva isə travmatologiya şöbəsinə yerləşdirliblər.
Hazırda polis qadınların kim tərəfindən və hansı məqsədlə bıçaqlandığını araşdırır.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi qaldırılıb, araşdırma aparılır.