Azərbaycanda inkassator maşını aşıb, xəzinədar ölüb, sürücü xəsarət alıb
- 10.02.2014, 15:17,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda inkassator maşınının qəzaya uğraması nəticəsində ölən və yaralananın adları məlum olub.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində avtomobildə olan xəzinədar Cavad Bədəlov yerindəcə keçinib. Avtomobilin sürücüsü Emil Ağarzayev isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Polisdən həmçinin bildirilib ki, qəzaya düşən inkassator avtomobilində olan pullara ziyan dəyməyib. Həmin pullar “Kapitalbank”ın başqa bir inkassator maşını ilə mənzil başına çatdırılıb.