Azərbaycanda maqnitudası 5.7 bal olan zəlzələ olub

Azərbaycanda maqnitudası 5.7 bal olan zəlzələ olub Bakıda hiss ediləcək dərəcədə zəlzələ baş verib.
Trend xəbər verir ki, Bakıda saat 16:07-də hiss ediləcək dərəcədə zəlzələ olub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, zəlzələ Sumqayıt şəhərində də hiss olunub. Zəlzələ, həmçinin Azərbaycanın şimal bölgəsində - Quba, Qusar, Xaçmaz, cənub bölgəsində - Lənkəran, Astara, Masallı və digər rayonlarda hiss olunub.

Trend AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən məlumat verir ki, yerli vaxtla saat 16:07-də Saatlıdan 41 km şimal-şərqdə, Hacıqabul ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ hiss olunub. Zəlzələnin maqnitudası 5,70, dərinliyi isə 55 km olub.

Zəlzələ episentrdə 6 bala yaxın, respublika ərazisində isə 3-5 bala qədər hiss olunub. İnsan tələfatı və tikililərdə dağıntı yoxdur.

Trend Cənub TV-yə istinadən məlumat verir ki, bu dəqiqələrdə Lənkəranda 3,5 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Zəlzələ dah çox Lənkəranın cənub-şərqində hiss olunub.

______________

16:15

Azərbaycan ərazisində zəlzələ olub.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ fevralın 10-da saat 16:06-da Saatlıdan 41 km şimal-şərqdə - Hacıqabul ərazisində qeydə alınıb.

30 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 5.7 olub.

Qeyd edək ki, yeraltı təkanlar paytaxt Bakıda və ölkənin digər ərazilərində hiss olunub.

Tikintilərdə dağıntı və itki barədə məlumat yoxdur.





______________

16:09

Bakıda hiss ediləcək dərəcə zəlzələ olub.


Bakıda yerli vaxtda saat 16:07-də hiss ediləcək dərəcədə zəlzələ olub.


Hələlik dağıntılar və tələfat barədə məlumat verilmir.
Şərhlər
Sosial bölməsinin xəbərləri