Biləsuvarda minik avtomobili aşıb, 1 nəfər ölüb
- 10.02.2014, 16:39,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Ziyalə Qəribxan qızı Paşayevanın idarə etdiyi “Hyundai" markalı minik avtomobili qəfildən idarəetməni itirib və yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin sərnişini, Salyan rayon sakini, 1985-ci il təvəllüdlü Məhəmməd Rahib oğlu Qəhrəmanov aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib. Avtomobilin sürücüsü isə ağır vəziyyətdə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəstəxanada Z. Paşayevaya lazımi tibbi yardım göstərilib, lakin onun vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin dəqiq başvermə səbəbləri aparılan avtotexniki ekspertizanın nəticələrindən sonra bəlli olacaq.
Faktla bağlı araşdırma aparılır.