Azərbaycan Baş Prokurorluğu Sevinc Babayevanın ölümünün səbəblərini açıqlayıb

Azərbaycan Baş Prokurorluğu Sevinc Babayevanın ölümünün səbəblərini açıqlayıb Baş Prokurorluq Sevinc Babayevanın ölüm faktı ilə bağlı növbəti məlumat yayıb.


Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Bakı şəhər prokurorluğunda Gülər Əhmədovanın Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci, Sevinc Babayevanın isə həmin məcəllənin 178.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair istintaq edilən cinayət işi ilə əlaqədar Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşı Türkiyə Respublikasına ezam olunub.



S.Babayevanın “Medicana International İstanbul Hospital” xəstəxanasında ölməsi faktı üzrə İstanbul Ədliyyə Tibb Baş İdarəsində keçirilmiş məhkəmə-tibb ekspertizası başa çatıb və ekspertizanın rəyi İstanbul Böyükçəkməcə Cümhuriyyət Baş Prokurorluğu tərəfindən nümayəndəmizə təqdim edilib.



Ekspertiza təhqiqatları nəticəsində S.Babayevanın bədən səthi üzərində travmadan yaranan hər hansı xəsarətlərin aşkarlanmadığı, daxili müayinə zamanı götürülən toxuma nümunələrində toksiki maddələrin müəyyən olunmadığı üçün onun zəhərlənərək ölməsinin tibbi dəlillərlə təsdiq olunmadığı və ürək-damar xəstəliyindən ölməsi müəyyən olunub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri