Azərbaycanda benzin, dizel və mühərrik yanacaq növlərinin aksiz vergi dərəcələri azaldılıb

Azərbaycanda benzin, dizel və mühərrik yanacaq növlərinin aksiz vergi dərəcələri azaldılıb Nazirlər Kabineti “Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə” 2013-cü il 2 dekabr tarixli 333 nömrəli qərarında dəyişiklik edib.

APA-nın verdiyi məlumata görə, dəyişikliyə əsasən Aİ-95 markalı avtomobil benzininin aksiz vergisinin dərəcəsi 159%-dən 64%-ə, Aİ-92 markalı avtomobil benzininin aksiz vergi dərəcəsi 134%-dən 65%-ə, Aİ-80 markalı avtomobil benzininin aksiz vergi dərəcəsi 134%-dən 66%-ə endirilib.

Dizel yanacağının aksiz vergi dərəcəsi 57%-dən 18%-ə, reaktiv mühərrik yanacağının aksiz vergi dərəcəsi 68%-dən 9%-ə, nafta (ilkin emal benzini) aksiz vergi dərəcəsi 70%-dən 13%-ə, maye qazın aksiz vergi dərəcəsi 69%-dən 22%-ə, DT-36 markalı mühərrik yanacağının aksiz vergi dərəcəsi 170%-dən 24%-ə, DT-20 markalı mühərrik yanacağının aksiz vergi dərəcəsi 160%-dən 31%-ə, soba mazutunun aksiz vergi dərəcəsi 147%-dən 3%-ə, BN-60/90, BNB-60/70 markalı bitumun aksiz vergi dərəcəsi 180%-dən 11%-ə salınıb.

Ağ neft, qaz benzini, M-12VB, M-14V2 markalı mühərrik yağı, İ-12A, İ-20V, İ-40A, İ-8B1, İ-30V markalı sənaye yağları, T-22, T-30, T-46 markalı turbin yağları, T-1500 markalı transformator yağı və koksun aksiz vergi dərəcələri dəyişməyib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri