Gəncədə ana və qızını bıçaqlayan şəxs saxlanıb

Gəncədə ana və qızına 25 bıçaq vuran Ağdam rayon sakini saxlanılıb.

Gəncə Şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi və Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 9-da Kəmalə Mehdiyeva və qızı Şəmsiyənura bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Ağdam rayon sakini Elməddin Zeynalov tutulub.

Qeyd edək ki, E. Zeynalov şəhərin Atatürk prospektində yerləşən 265 saylı binada 30 saylı mənzilə girərək orada yaşayan 58 yaşlı Kəmalə Mehdiyevaya 5, onun qızı 33 yaşlı Şəmsiyənur Mehdiyevaya isə 20 bıçaq vurub.

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, araşdırma gedir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri