Azərbaycanı “Eurovision-2013” mahnı müsabiqəsində Fərid Məmmədov təmsil edəcək

Azərbaycanın “Eurovision-2013” mahnı müsabiqəsindəki təmsilçisinin adı məlum olub.

Live.az-nın məlumatına görə, bu ilin mayında Malmödə ölkəmizi Fərid Məmmədov təmsil edəcək.

Münsiflərin çətinliklə qərar verdiyi seçimə tamaşaçılar da öz alqışları ilə dəstək olduqlarını bildiriblər.

Çox həyəcanlı olan Fərid Məmmədov sonda “Could me” mahnısını yenidən ifa edib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri