Göyçayda 7 yaşlı qız dərmandan zəhərlənərək ölüb
- 14.05.2013, 15:55,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Göyçay rayonunda dərmandan ölüm faktı baş verib.
Göyçay Mərkəzi rayon Xəstəxanasından APA - nın yerli bürosuna verilən məlumata görə, rayonun Ləkçiplak kənd sakini, 2006-cı il təvəllüdlü İbrahimova Aysu Ziya qızı fenazepam həbləri içərək zəhərlənib. Xəstəxanaya çatdırılan azyaşlı həkimlərin müdaxiləsinə baxmayaraq, orada dünyasını dəyişib.