Bakının mərkəzində yük maşını minik avtomobilinə çırpılıb

Bu gecə Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, Sәmәd Vurğun vә Füzuli küçәlәrinin kәsişmәsindә “Shacman” markalı yük maşını “Hyundai” markalı minik maşını ilә toqquşub. Nəticədə minik maşını aşıb.

“Hyundai”-ın sürücüsü Sәmәd Vurğun küçәsi ilә hәrәkәtdә olarkәn işıqforun qırmızı işığında hәrәkәtini davam etdirib. Nəticədə yük maşını ona çırpılıb. Hadisә zamanı ciddi xәsarәt alan olmasa da, avtomobillәrә ziyan dәyib.

Minik maşınının sürücüsünün sәrxoş olduğu bildirilir. O, YPX әmәkdaşları tәrәfindә hәkim müayinәsinә aparılıb. “Shackman” yük maşının sürücüsü Nəsimi Rayon Polis İdarəsinin 21 bölməsinə aparıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri