Muhteşem yüzyıl: Sultan Süleyman şahzadə Mustafanı öldürtdü

Muhteşem yüzyıl: Sultan Süleyman şahzadə Mustafanı  öldürtdü Türkiyənin ən baxımlı seriallarından biri olan və dünyanın bir sıra ölkələrində də dublyaj edilərək yayımlanan "Muhteşem yüzyıl" serialının ötən gün ən çox izlənən seriası yayımlanıb.

Finala hazırlaşan serialda Sultan Süleyman Qanuni böyük oğlu Şahzadə Mustafanı boğdutdurub.

Sultan Hürrəm sultanın sözləri ilə oğluna olan etibarını tam itirən Süleyman Qanuni Mustafanı çadırına çağırtdırıb. Mustafanın ölüm hökmü Konyada, Naxçıvana səfərə hazırlıq zamanı verilib.

Serialın ötən gün yayımlanan seriyasında şahzadə atasının qərraghına çağırılır. Lakin çadırına atılan oxlu məktubla ona çadırda edam ediləcəyi haqqında xəbərdarlıq edilir. Hamı Mustafanın atasının çadırına girməsinə mane olmağa çalışır. Lakin Mustafa Sultan Süleymana inanmağı seçir və nəticədə çadırda uzun mübarizədən sonra lal-kar cəlladlar tərəfindən ipək kəndirlə boğularaq öldürülür.

Sultan isə bu dəhşətli səhnəni pərdə arxasından izləyir.

Bu səhnənin çəkilişi üçün 7 aktyor 15 gün çalışıblar. Çəkilişlər bir həftəyə bitib.

Edama gedən səhnəni 1:56 dəqiqədən sonra izləyə bilərsiniz.



Muhteşem yüzyıl: Sultan Süleyman şahzadə Mustafanı  öldürtdü
Muhteşem yüzyıl: Sultan Süleyman şahzadə Mustafanı  öldürtdü
Muhteşem yüzyıl: Sultan Süleyman şahzadə Mustafanı  öldürtdü
Muhteşem yüzyıl: Sultan Süleyman şahzadə Mustafanı  öldürtdü
Muhteşem yüzyıl: Sultan Süleyman şahzadə Mustafanı  öldürtdü
Muhteşem yüzyıl: Sultan Süleyman şahzadə Mustafanı  öldürtdü
Muhteşem yüzyıl: Sultan Süleyman şahzadə Mustafanı  öldürtdü
Muhteşem yüzyıl: Sultan Süleyman şahzadə Mustafanı  öldürtdü
Muhteşem yüzyıl: Sultan Süleyman şahzadə Mustafanı  öldürtdü
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri