Azəri Günel türkiyəli müğənni Gülben Ərgənin “Show-tv”-də aparıcılıq etdiyi “Gülben Show” proqramında qonaq olub.
Gülbən verilişində qonaq olan Günelə təriflər yağdırıb:
“Beş ildir ki, sənin səsinin gözəlliyini gözlədik. Gözəl bir səsin beş ildir ki, səhnədə olmamağına görə səni qınayıram. Səsini çox bəyənirəm. İllərdir Türkiyədəsən, amma böyüməyini hiss etmədim. İllər keçsə də, zərif ifadəsini qoruyub saxladın. Sənin ifaçı kimi tanınmağında İbrahim Tatlısəsin böyük rolu oldu. O, səni kəşf etdi. Səsinə, ürəyinə sağlıq olsun. Uzun müddət idi ki, konsertlərə getmirdim, bu gün mənə bu konserti yaşatdığın üçün sənə təşəkkürümü bildirirəm”.
Gülbən Ərgən Azəri Günelə Azərbaycanda aparıcılıq etməyi də təklif edib: “Özünü çox gözəl ifadə etməyin var. Niyə Azərbaycanda aparıcılıq etmirsən? Əgər aparıcılıq etsən, yer-yerindən oynayar".
Onu da əlavə edək ki, Günel “Gülbən Show”da atası ilə birgə duet də ifa edib. Bundan əlavə proqramda qonaq olan türkiyəli sənətçi Sami ilə birgə “Sən gəlməz oldun”, “Caddələrdə rüzgar”, “Anlamazdın”, “Kal benim için”, “Bu gönül azmı kahrını çəkdi”, “Haydi Söylə” adlı mahnıları oxuyub.