Siyəzəndə baba və nəvəni maşın vurub, baba ölüb
- 14.02.2014, 00:46,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün axşam saatlarında Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, “ZİL” markalı yük maşını yolu keçmək istəyən Siyəzən rayon sakini Yaqubov Eyyub Əliağa oğlu və onun nəvəsi, 2010-cu il təvəllüdlü Ocaqquliyev Rəşad Vurğun oğlunu vurub.
Qəza nəticəsində E.Yaqubov dünyasını dəyişib, nəvəsi isə müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu və paytaxtda yerləşən tibb müəssisələrindən birinə göndərildiyi bildirilir.
Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırmalar aparılır.