Qubada 70 yaşlı kişi həyat yoldaşının məzarı üzərində intihar edib
- 14.02.2014, 00:48,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Quba rayonunda intihar hadisəsi baş verib.
APA-nın verdiyi məlumata görə, rayonun Zərqova kəndinin 70 yaşlı sakini Məhərrəmov Xudbəddin Qoçəhməd oğlu həyat yoldaşının məzarı üzərində kimyəvi maddə və benzin içib. Onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, dünyasını dəyişən şəxsin həyat yoldaşı bir neçə gün bundan öncə ölüb. Onun bu hadisəyə dözməyərək intihar etdiyi bildirilir.
Faktla bağlı hüquq –mühafizə əməkdaşlarının araşdırmaları davam etdirilir.