Bakıda qəza törədən sərxoş sürücü hadisə yerindən qaçıb, 1 nəfər xəsarət alıb
- 14.02.2014, 13:07,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının Səbayel rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın məlumatına görə, yüksək sürətlə hərəkət edən "Tofaş" markalı avtomaşın "Leksus"la toqquşub. Qəza nəticəsində "Leksus"un sürücüsü Natiq Niftəliyev xəsarət alıb. Yaralı 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. "Tofaş"ın sürücüsü isə, hadisə yerindən qaçıb. Şahidlərinin sözlərinə görə, hadisə yerindən qaçan sürücü içkili olub.
Əraziyə Dövlət Yol Polisinin Səbayel Rayon Şöbəsinin əməkdaşları gəlib. Qəzada iştirak edən avtomobillər evakuatorlar vasitəsi ilə cərimə meydançasına aparılıb.
Faktla bağlı Dövlət Yol Polisinin Səbayel Rayon Şöbəsində araşdırma aparılır.