“Bank Standard”ın yeni filialı açıldı
- 14.02.2014, 15:50,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Bank Standard”-ın Bülbül propekti 56 ünvanında (Xoreoqrafiya məktəbinin yaxınlığında) yerləşən yeni “Korporativ” filialı bankın 15-ci filialı oldu. Filialın açılmasında əsas məqsəd günbəgün artan müştəri bazasına daha da keyfiyyətli və operativ xidmət göstərməkdir. Özünün yüksək ixtisaslı mütəxəssis heyətilə “Korporativ” filialı istər hüquqi, istərsə də fiziki şəxslərə hesablaşma-xəzinə, depozitlər, kreditlər, plastik kartlar, təcili pul köçürmələri və s. üzrə mükəmməl xidmət səviyyəsini təmin edəcək.
Filialın 365 kvadrat metrdən ibarət geniş sahəsi, müasir interyeri, yüksək texniki təhcizatla təmin edilməsi müştərilərin ürəyincə olacaq. Sürətli internet, video konfrans və vaxta qənaət məqsədilə xüsusi olaraq ayrılan şəxsi menecerdən ibarət otaqda isə bankın VİP müştərilərınə fərdi xidmət göstəriləcək. Filialın “fərdi depozit seyfləri” xidməti isə müştərilərin qiymətli kağızlarının, zərgərlik məmulatlarının, nadir kolleksiyalarının etibarlı qorunmasını təmin edəcək.
Filial həftəiçi hər gün saat 09:30-dan 17:00-dək, şənbə günləri isə saat 09:30-dan 13:00-dək çalışır.