Oqtay Əsədov: “Gələn il Azərbaycanda keçiriləcək olimpiada ilə əlaqədar ölkəmizə təzyiqlər artacaq”

Oqtay Əsədov: “Gələn il Azərbaycanda keçiriləcək olimpiada ilə əlaqədar ölkəmizə təzyiqlər artacaq” Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda inqilaba çağırışlara hazırlıqla bağlı təhlükənin olması məsələsi qaldırılıb.

APA-nın məlumatına görə, deputat Zahid Oruc son günlər mətbuatda açıqlanan siyahı ilə əlaqədar casus qalmaqalına toxunub: “Kimlərsə buradan hansısa ölkəyə əməlli başlı casusluq edir. Buna mətbuatın kompromat savaşı kimi yanaşmaq lazım deyil, bu məsələ hüquq-mühafizə orqanlarının da diqqətini cəlb etməlidir və edəcək. Bununla xarici ölkələrin Azərbaycanın daxili işlərinə qarışması, təzyiqlər göstərməsi üçün əsaslar hazırlayırlar. Xarici kapitallarla Azərbaycanda inqilab, iğtişaşlar yaratmağa hazırlaşırlar. Amma bu heç vaxt baş tutmayacaq”.

Spiker Oqtay Əsədov isə deyib ki, bu gün Azərbaycanda inqilaba və iğtişaşlara çağırışları, bu çağırışı edənləri, onlara cavab verənləri də açıq müşahidə etmək çətin deyil: “Vaxtilə ABŞ-ın Azərbaycandakı səfirliyinin bir qadın əməkdaşı vardı, ləqəbi “Miledi” idi. Onun bütün fəaliyyəti Azərbaycan hakimiyyəti əleyhinə çağırışlar etməkdən ibarət idi. 2015-ci ildə Azərbaycanda olimpiada keçiriləcək, bu cür çağırışlar, təzyiqlər artacaq. Ona görə də həssas və diqqətli olmalıyıq”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri