Daxili işlər naziri yol hərəkəti qaydalarının pozulmasına görə bal sisteminin ləğvi təklifi ilə çıxış edib
- 14.02.2014, 16:12,
- Cəmiyyət / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov yol hərəkəti qaydalarının pozulmasına görə bal sistemin ləğv edilməsi ilə bağlı Prezident Administrasiyasına təkliflər zərfi göndərib.
Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.
K. Əliyev qeyd edib ki, təklilər zərfində yol patrul xidmətinin inspektorları ilə sürücü arasında ünsiyyətin minimuma endirilməsi qeyd edilib. Belə ki, sürücülərin müşahidə kameralarında qayda pozuntusu qeydə alınarsa, həmin fakt sürücünün ünvanına elektron sənəd formasında göndəriləcək.
K. Əliyev həmçinin bildirib ki, yol hərəkət qaydalarının pozulmasına görə bal sisteminin pul cərimələri ilə əvəzlənməsi nəzərdə tutulur.